"Rusiyanın Ukraynadakı müharibəsi, onun imperial ambisiyaları Avropanın təhlükəsizliyini təhdid edir".

Bunu Azərbaycanda səfərdə olan Latviya Prezidenti Egiıs Levits azərbaycanlı və latviyalı iş adamları ilə görüşündə deyib.

Egiıs Levits bildirib ki, Latviya Ukraynanı dəstəkləməyə davam edəcək: “Biz hərbi yardım, humanitar yardım, iqtisadi yardım göndərməyə davam edəcəyik. Çünki Ukrayna həmçinin bizim ortaq dəyərlərimiz üçün mübarizə aparır. Mən çox şadam ki, həm də Azərbaycan Ukraynaya humanitar yardım göndərir".

Latviya dövlət başçısı deyib ki, Rusiyanın hücumu həm də beynəlxalq hüquqa hücumdur: “Bütün ölkələr Ukraynaya dəstəkdə həmrəy olmalıdırlar. Biz icazə verə bilmərik ki, beynəlxalq hüquq və prinsiplər pozulsun, dəyərsizləşdirilsin".

.