“Son illər Azərbaycan Prezidenti ilə tez-tez görüşmüşəm və bu gün bu Forumda iştirak edirəm. Ümumiyyətlə, müstəqillik illərində Latviya və Azərbaycan arasında münasibətlər inkişaf edib”.

Bunu bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda Latviya Respublikasının Prezidenti Egils Levits bildirib.

Egils Levits deyib ki, Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır: “Azərbaycanın son illər ərzində oynadığı mühüm rol beynəlxalq münasibətlərdə etiraf olunub. Azərbaycan sülhün qorunması və qlobal məsələlərlə bağlı bir çoxlarını ilhamlandırıb. Azərbaycan pandemiyaya qarşı qlobal təşəbbüslər irəli sürüb”.

Latviya Prezidenti qeyd edib ki, beynəlxalq hüquq və ərazi bütövlüyü təməl daşlarıdır: “Bu, Azərbaycanın siyasətinin vacib hissəsidir. Bu Forum çərçivəsində də Azərbaycan müxtəlif beynəlxalq məsələləri nəzərdən keçirəcək. Biz bu məsələlərə yaxşı bələd olmalıyıq, bu gün də Forumda böyük təcrübəyə malik insanlar var. Mən Forumun sonunda tövsiyələri gözləyirəm. Məsələn, biz Ukraynaya necə yardım edə bilərik ki, ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq hüquqa hörmətlə yanaşılmalıdır”.

Egils Levits nəzərə çatdırıb ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi xalqlar arasında qarşılıqlı anlaşmanı, həmrəyliyi əhatə edirdi.

.