Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Bir qədər əvvəl RSK-nin bir maşını Xankəndidən Laçına, digər avtomobili isə Laçından Xankəndiyə doğru keçid edib.

İndiyədək yoldan ümumilikdə RSK-nın 18 maşını maneəsiz keçid edib.

***

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

RSK-nə məxsus 12 yük, 3 minik avtomobilindən ibarət karvan Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

.