KXDR Silahlı Qüvvələrinin rəhbərliyi Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin VI Plenumunun yekunlarına əsasən dəyişib.

Təyinatlarla bağlı məlumatı bazar günü Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

Belə ki, Ali Baş Komandan, KXDR lideri Kim Çenqdan sonra ölkədə əsas hərbçi sayılan DPK MK-nın katibi, Mərkəzi Hərbi Komitənin sədr müavini Pak Çonq Çonq- un, vəzifəsindən azad edilib.

Onu əvvəllər müdafiə naziri olmuş Li Yonq-gil əvəzləyib. Eyni zamanda, Pak Çonq Çonqun daha bir vəzifəsini - Mərkəzi Komitənin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvü vəzifəsini saxlayıb-saxlamaması göstərilmir.

Kang Soon Nam müdafiə şöbəsinin yeni rəhbəri olub. Bundan əlavə, Pak Su İl Koreya Xalq Ordusunun Baş Qərargah rəisi, Li Tae Seob isə ictimai təhlükəsizlik naziri təyin edilib.

Hökumətdə bir sıra başqa təyinatlar olub. Kim Çul-ha kimya sənayesi naziri, Kim Çanq-suk isə yüngül sənaye naziri təyin edilib.

Bu kadr dəyişikliklərinin səbəbləri məlum deyil.

.