Bakıda mənzildə yanğın olub.

Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.

Mənzildə baş verən yanğın zamanı azyaşlı körpə dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. Hazırda yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.

.