Kürdəmir sakini arvadına 20 bıçaq zərbəsi vurub.

Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Rəcəb Bəkirov ailə münaqişəsi zəminində həyat yoldaşı Dürbəst Bəkirovaya 20 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı qadının vəziyyəti ağırdır. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

D.Bəkirovanı bıçaqlamaqda şübhəli bilinən R.Bəkirovun tutulması istiqamətində zəruri tədbirlər aparılır.

.