KTMT-nin yeni Baş katibi İmanqali Tasmaqambetov qurumun daimi şurasının iclasında təqdim edilib.

Bu barədə Belarusun Rusiya Federasiyasındakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.

“Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç KTMT Daimi Şurasının iclası zamanı təşkilatın yeni Baş katibi, Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetovu təqdim edib”, - məlumatda deyilir.

İmanqali Tasmaqambetov 1956-cı il dekabrın 9-da Qazaxıstanda anadan olub. Bu illər ərzində o, Qazaxıstanın dövlət katibi, baş nazir, müdafiə naziri, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb. 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı səfiri olub. Fəlsəfə elmləri namizədi, siyasi elmlər doktorudur.

.