Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Daimi Şurasının təcili iclası vəziyyətin müzakirə ediləcəyi format üzrə məsləhətləşmələr üçün təxirə salınıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov danışıb.

“KTMT Daimi Şurasının iclasının keçirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə ediləcəyi formatı müəyyənləşdirmək məqsədilə üzv dövlətlərlə əlavə məsləhətləşmələrə ehtiyac olduğu üçün təxirə salınıb”, - deyə V.Zaynetdinov bildirib.

.