Moskva Ukraynanın yeni ərazilərə endirdiyi zərbələri Rusiyaya qarşı təcavüz aktı kimi qəbul edəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, 2014-cü il nümunəsində Donetsk vilayətinin sərhədləri daxilində "DXR"-in bütün ərazisi “azad edilməlidir”.

Kreml: Moskvanın tələbləri dəyişmir, xüsusi hərbi əməliyyat davam edəcək

Ukraynada xüsusi hərbi əməliyyat davam edəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqların mümkünlüyü haqqında suala cavab verən mətbuat katibi Kiyevin danışıqlar trekindən çıxdığını xatırladıb: "Moskvanın tələbləri dəyişmir, xüsusi hərbi əməliyyat davam edəcək”.

Kreml "nüvə eskalasiyası" mövzusunda məsuliyyətli davranmağa çağırıb

Kreml "nüvə eskalasiyası" mövzusunu inkişaf etdirmək istəmir, hamını məsuliyyətli davranmağa çağırır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Özünü məsuliyyətsiz aparan insanlar nüvə eskalasiyasından danışırlar", - Kremlin sözçüsü vurğulayıb.

.