Rusiya Müdafiə Nazirliyi Federal Təhlükəsizlik Xidməti ilə birlikdə prezident Vladimir Putinə Ukrayna diversiya-kəşfiyyat qrupunun Beloqorod vilayətinə daxil olması cəhdi barədə məruzə edib.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Beloqorod vilayətindəki vəziyyətə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ukraynanın məqsədi diqqəti Silahlı Qüvvələrin Baxmutu təslim etməsindən və Baxmut istiqamətində vəziyyətdən yayındırmaqdır.

"Hazırda Rusiya ordusu Ukraynanın təxribat-kəşfiyyat qrupunun sıxışdırılması, eləcə də məhv edilməsi üzərində işləyir. Bunun üçün kifayət qədər qüvvə və vasitə var", - deyə Kremlin sözçüsü vurğulayıb.

.