Moskva Braziliyadakı iğtişaşların təhrikçilərinin hərəkətlərini qətiyyətlə pisləyir və prezident Lula da Silvanı tamamilə dəstəkləyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Brazilyada prezidentliyə namizəd Bolsanaranın tərəfdaşlarının törətdiyi iğtişaşlara münasibət bildirərkən deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da yanvarın 8-də Braziliyanın paytaxtında baş vermiş hadisələrə münasibət bildirib. O, ölkəsinin Braziliyanın paytaxtında dövlət orqanlarının binalarında soyğunçuluq törədən ölkə müxalifətinin radikal nümayəndələrinin hərəkətlərini qətiyyətlə pislədiyini söyləyib.

"Biz konstitusiya quruluşunun pozulması cəhdlərinin yolverilməzliyindən çıxış edirik.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan Braziliya Prezidenti Lulaya dəstəyimizi bildiririk. Əminik ki, onun xalqın iradəsinin nəticələri ilə təsdiqlənmiş nüfuzu, dövlət idarəçiliyi təcrübəsi sayəsində dövlətin demokratik əsaslarına arxalanaraq baş verənlərin nəticələrini aradan qaldırmaq mümkün olacaqdır. Biz strateji tərəfdaşımız, BRİKS-in, G20-nin fəal üzvü və hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Braziliyada daxili siyasi sabitliyin qorunmasının vacibliyinə əminik", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

.