Rusiya ilə Ukrayna arasında danışıqlar aparmaq üçün heç bir şərait yoxdur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

"Hazırda Rusiya ilə Ukrayna arasında nə de-fakto, nə de-yure danışıqlar üçün heç bir şərt yoxdur", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, Ukrayna xalqı Qərbin silah tədarükü şəklində dəstəyinin bədəlini ödəyəcək: "Kiyevi silahla yəmin edən bütün ölkələr məsuliyyət daşıyır", o deyib.

.