Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və “Rosqvardiya”dan Ukrayna diversantlarının Bryansk vilayətinə hücumu ilə əlaqədar sərhəd bölgəsindəki yaranmış vəziyyətlə bağlı məlumat alır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Putinin Bryansk vilayətində ukraynalı silahlıların hücumu ilə bağlı hüquq-mühafizə orqanlarından və qubernatordan mütəmadi məlumat aldığını söyləyib: "Söhbət terrorçuların hücumundan gedir, onların məhv edilməsi üçün tədbirlər görülür".

Kremlin sözçüsü Təhlükəsizlik Şurasının bu gün keçirilməsinin planlaşdırılmadığını da söyləyib.

.