Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurası ilə Ukraynadakı xüsusi əməliyyatın gedişatını müzakirə edib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsünün dediyinə əsasən, geniş fikir mübadiləsi aparılıb: “Müdafiə naziri Sergey Şoyqu həftənin əvvəlində əməliyyatın qərargahına getməsi barədə iclas iştirakçılarına məlumat verib. Vladimir Putin bu yaxınlarda baş tutmuş beynəlxalq telefon danışıqları ilə bağlı bildirib. Sosial-iqtisadi gündəliyin hazırkı aktual məsələləri də müzakirə edilib”.

.