Rusiya Prezidenti Vladimir Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin çağırış yaşının artırılması ideyasını konseptual olaraq dəstəkləyib, lakin arqumentasiyanı Müdafiə Nazirliyi təqdim etməlidir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hərbi çağırış yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

.