Kreml Rusiya xarici işlər naziri Sergey Lavrovun “Moskva Avropa İttifaqı ilə münasibətləri kəsməyə hazırdır” bəyanatına münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Avropa İttifaqı tərəfindən qeyri-dostcasına təzahürlərə hazır olmalı olduğunu, lakin Aİ ilə münasibətləri inkişaf etdirmək istədiyinin söyləyib.

“Kütləvi informasiya vasitələri Lavrovun sözlərinə sensasiyalı başlıq qoyaraq məzmundan kənar verirlər. Bu, KİV-in böyük səhvidir. Bu, məhz mənanı dəyişən səhvdir. Məna ondadır ki, biz Avropa İttifaqı ilə əlaqələrin kəsilməsini istəmirik. Biz Aİ ilə münasibətlərin inkişafını istəyirik. Əgər Avropa İttifaqı bu yolla getsə, yəni Rusiya iqtisadiyyatı üçün risklər yaradan sanksiyalar tətbiq etsə, o zaman onda biz hazır olacağıq. Ona görə ki, ən pisinə hazır olmaq lazımdır. Nazir bunu dyeib. Ancaq mənanı təhrif edib, bu sensasiyalı başlığı elə şəkildə veriblər ki, Rusiya az qala özü Avropa İttifaqı ilə münasibətləri kəsmək təşəbbüsünü irəli sürəcək”, - deyə D. Peskov vurğulayıb.

.