Rusiya İrəvanın bu il KTMT təlimləri keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

“Düşünürəm ki, KTMT xətti ilə həmkarlar əlaqə saxlayacaq, Ermənistanın mövqeyinin təfərrüatlarına aydınlıq gətirəcəklər. Hər halda Ermənistan bizim çox yaxın müttəfiqimizdir, biz, o cümlədən indi çox çətin olan məsələlərlə bağlı dialoqu davam etdirəcəyik”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında ölkəsinin KTMT təlimlərinə ev sahibliyi etməyəcəyini bildirib.

.