Yaşlı insanlarda koronavirusun necə keçməsini təhlil edən alimlər onların əksəriyyətində xəstəliyin atipik simptomlarını müşahidə ediblər.

Şərqi İngiltərə Universitetinin bununla bağlı araşdırması “medRxiv” resursuna yerləşdirilib.

Məlumata görə, müşahidələr aprelin 7-dən iyunun 29-dək qocalar evində aparılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 103 nəfərin yalnız 38-də koronavirusun standart əlamətləri aşkarlanıb.

Bildirilib ki, 54 nəfərdə  ya xəstəliyin ümumiyyətlə, simptomları qeydə alınmayıb, ya da yoluxmadan 2 həftə sonra ortaya çıxmağa başlayıb.

Bununla belə, yoluxanların çoxu naxoşluq və əzginlik hiss ediblər. Alimlər bunu COVID-19-un atipik kateqoriyasına aid ediblər.  

.