Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti ağırdır.

Bu barədə qohumu Razim Qarayev məlumat verib.

O, sənətçinin həyat yoldaşının da koronavirusa yoluxduğunu bildirib: “Hazırda yoldaşı palatada, Səyyad bəy isə reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağırdır.”

Qeyd edək ki, 10 gün əvvəl koronavirusa yoluxan müğənni Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə olunur.


 

.