Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Kann Film Festivalı ənənəvi qaydada keçirilməyəcək.

Təşkilatçılar tədbirin alternativ qaydada keçirilməsi haqqında məsləhətləşmələr aparır. Həmçinin bildirilir ki,  2020-ci ilin sentyabr ayında keçirilməsi gözlənilən Venesiya Film Festivalı ilə 73-cü Kann Film Festivalının birgə baş tutması barədə danışıqlar aparılır.

II Dünya müharibəsindən sonra Kann Film Festivalı üç dəfə - 1948 və 1950-ci illərdə iqtisadi səbəblərə, 1968-ci ildə isə siyasi etirazlara görə ləğv edilib.

.