İyun ayının ortalarından etibarən Hollivud rejissorları fəaliyyətini bərpa edəcək. Üç aylıq fasilədən sonra film istehsalı davam edəcək, ancaq çəkilişlərdə davranış qaydaları dəyişəcək.

Çəkilişlərdə iştirak edən aktyorlar koronavirus testindən keçiriləcək, əl yuma qaydalarına dair təlimatlandırılacaqlar.

Eyni zamanda, bəzi səhnələr filmlərdən ya tam çıxarılacaq və ya yeni formada lentə alınacaq. Ən çox müzakirə edilən suallardan biri də filmlərdə aktyorların erotik səhnələri necə canlandıracaqları ilə bağlıdır.

“The Sun” nəşrinin yaydığı məlumata görə, pandemiya səbəbindən erotik səhnələr xüsusi CGI kompüter qrafiklərindən istifadə edilərək çəkiləcək, ya da aktyorlar koronavirus pandemiyasına rəğmən tamamilə qurban veriləcək.

Dəyişikliklər kastinqə də təsir göstərəcək. Aktyorlar və kastinq rejissorları arasında qoruyucu şüşə olacaq. Çəkiliş meydançalarında fərdi qoruyucu vasitələrdən istifadəyə icazə veriləcək. 

Həmçinin bildirilir ki, canlı izləyici tələb edən televiziya şouları da tamaşaçısız keçiriləcək.

.