Sahibkarlar tələb olunan sənədlərlə startap şəhadətnamələrinin əldə edilməsi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi internet saytında müraciət edə bilər.

Bunu KOBİA-nın 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə çıxış edən Agentliyin departament müdiri Natiq Heydərov deyib.

Onun sözlərinə görə, təhsil, elm və tədqiqatların maliyyələşdirilməsi yeni mexanizmlərdən biridir: "Mexanizmlərin alt sahələrində təhsil, elm, tədqiqat və dəstək sahələri əks olunub ki, onların da alt hissələrində startapların və innovativ sahibkarların dəstəyi məqsədilə 20 min manatadək layihələrin maliyyələşdirilməsi qeyd olunub. Bu dəstək mexanizmlərdən yararlanaraq, onlar öz layihələrini maliyyələşdirə bilərlər".

.