Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-nun yeni Baş katibi seçilə bilər.

Bu barədə İtaliyanın “la Repubblica” nəşri mənbələrə istinadən bildirib.

“Ursula Fon der Lyayen hazırkı vəzifəsinə yenidən seçilmək istəyərdi, lakin “B” planı olaraq onun NATO-ya yeni baş katib seçilməsi məsələsi qaldırılıb", - mənbə bildirib.

Qeyd edək ki, hazırda NATO-ya Yens Stoltenberq rəhbərlik edir və onun mandatının müddəti 30 sentyabrda başa çatır.

Xatırladaq ki, ötən ilin noyabrında “The New York Times“ nəşri NATO-nun Baş katibi seçilmək üçün irəli sürülən namizədlər sırasında Kanada Baş nazirinin müavini Ukrayna əsilli Kristi Friland, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, Estoniyanın Baş naziri Kaja Kallas, Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç və Slovakiya Prezidenti Zuzana Çaputovanın yer aldığını yazıb.

.