Türkiyə və Ermənistan arasında başladılan qarşılıqlı mülki uçuşlar davam edir.

Bu barədə “TRT Haber”ə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunur ki, artıq Türkiyə ərazisindən internet vasitəsilə Ermənistan mənbələrinə girişə qadağa aradan qaldırılıb. Bu isə Ermənistana səyahət etmək istəyən Türkiyə vətəndaşları üçün viza prosesini də asanlaşdırılıb.

Mənbələr əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında üçüncü ölkə vətəndaşlarının keçidinə icazə verilməsi ilə bağlı qərarın icrası üçün texniki işlər davam edir.

.