“Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Qərb üçün əsas məsələlərdən birinə çevrilib və onun yerinə namizəd axtarılır”.

Bunu Ermənistanın “Past” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Ermənistan-Azərbaycan mümkün razılaşması ilə maraqlanan mərkəzlər, xüsusilə Qərb ölkələri sülh müqaviləsi imzalanandan sonra N.Paşinyanın hakimiyyətdə qalmasının ciddi problem olacağını anlayır.

“Qərb başa düşür ki, sülh müqaviləsi imzalanandan sonra Paşinyanın hakimiyyətdə qalması məqsədəuyğun deyil. Ona görə onlar “B planı” üzərində çalışırlar. Artıq hakimiyyətə gətirilmək üçün Qərbə meyilli bir neçə mümkün namizəd müzakirə olunur. Yeri gəlmişkən, namizədlər arasında həm Paşinyan komandasının bəzi nümayəndələrinin, həm də hazırda Ermənistanın daxili siyasi həyatında fəal olmayan fiqurların olduğu barədə məlumatlar var”, - məqalədə vurğulanıb.

Nəşr həmçinin bildirib ki, Moskvada da bu barədə müzakirələr gedir.

.