Rusiya Prezidenti Vladimir Putin aprelin 6-da Moskvada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.

Bu barədə “Vedomosti” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Belarus və Rusiya liderləri İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək.

Tədbirdə sanksiya təzyiqinə qarşı mübarizə, eləcə də təhlükəsizlik məsələlərinə toxunulacaq.

Putin və Lukaşenko arasında sonuncu təkbətək görüş 2022-ci il dekabrın 19-da Minskdə baş tutub.

Bundan əvvəl Lukaşenko fevralın 24-də Putinlə uzun söhbət etdiyini bildirib.

.