NATO-nun yeni baş katibinin elan olunması İspaniyadakı seçkilərin nəticələrindən sonra baş tutacaq.

Bu barədə İspaniyanın “20 Minutos” nəşri yazıb.

Nəşrin sözlərinə görə, NATO-nun Baş Qərargahı İspaniyanın hazırkı Baş naziri Pedro Sançesin Alyansın Baş katibi ola biləcəyinə hələ də inanır.

Bu səbəbdən də Alyans hazırkı Baş katib Yens Stoltenberqin varisini müəyyən etmək üçün İspaniyada 23 iyulda keçirilməsi planlaşdırılan növbədənkənar seçkilərin nəticələrini gözləyəcək.

Qeyd edək ki, 11-12 iyul tarixlərində NATO-nun yeni Baş katibinin adı Vilnüsdə keçiriləcək sammit zamanı açıqlanacaqdı, lakin gözlənildiyi kimi, proses təxirə salına bilər.

.