Media: Mali Rusiya və Türkiyədən bir dəstə hərbi təyyarə və pilotsuz təyyarə alıb

Mali Silahlı Qüvvələri Rusiya və Türkiyədən təyyarə və pilotsuz uçuş aparatı alıb.

TASS veridyi xəbərə görə, bu barədə Malinin "Abamako" xəbər portalı məlumat yayıb.

“Qəbul edilən texnika Mali ordusunun gücünü artıracaq və onu gücləndirəcək”, - deyə Malinin Müdafiə və Veteranlarla İş üzrə Naziri Sadiko Kamara bildirib.

Afrika ölkəsinin paytaxtı Bamakonun hava limanında baş tutan mərasimdə Malinin müvəqqəti prezidenti Assimi Qoita da iştirak edib.

Portal qeyd edir ki, avadanlıqların ötürülməsi üç ölkə arasında tərəfdaşlığın nəticəsidir.

Mali" L-39 Albatros" təyyarələri və "Bayraktar TB2" pilotsuz təyyarələri alıb.

Hərbi avadanlıqların dəqiq sayı açıqlanmır.

Lakin "Agence France-Presse" Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Alu Boy Diarra istinadən bildirir ki, onlarla təyyarə və on pilotsuz uçuş aparatı alınıb.

Keçmiş Çexoslovakiyada hazırlanan "L-39 Albatros" müxtəlif tapşırıqları yerinə yetirmək, o cümlədən yer üzərindəki hədəflərə zərbələr endirmək üçün istifadə edilir.
 

.