ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ölkəsinin Suriyadakı hərbi bazasına səfər edib.

“Reuters” xəbər verir ki, səfər elan olunmamışdı.

Agentliyin məlumatına görə, M. Milli səfər çərçivəsində ABŞ-nin Suriyadakı terror qruplaşmalarına qarşı mübarizədə uzunmüddətli səylərini, həmçinin Ərəb Respublikasında amerikalı hərbçilərin müdafiəsi tədbirlərini qiymətləndirməyi planlaşdırır.

O, həmçinin ABŞ-nin Suriyadakı hərbi missiyasının önəmini qeyd edib və bildirib ki, ABŞ və onun Suriya kürdləri timsalında müttəfiqləri İŞİD üzərində qələbə çalmaqda irəliləyiş əldə edirlər.

.