Bu yaxınlarda yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan iyunun 1-də Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etməyəcək.

Bu barədə “Politico” sammitin hazırlanmasında iştirak edən üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini iyunun 2-də elan etməlidir, andiçmə mərasimi isə növbəti günə planlaşdırılıb.

Avropa Siyasi Birliyinin sammitinə Avropa İttifaqının 27 ölkəsi, Böyük Britaniya, Türkiyə və Qərbi Balkan regionunun 6 ölkəsi daxil olmaqla, 40 Avropa ölkəsinin liderləri dəvət olunub.

.