Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş ərəfəsində qorxuları artıb.

Bunu Ermənistanın “İravunk” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hökumət başçısının narahatlığı xüsusilə erməni diasporunun mümkün təzyiq və təxribatları ilə bağlıdır.

“Diaspor nümayəndələri ilə son təmaslar onu göstərir ki, bundan sonra kimsə susmayacaq. Nikol Paşinyanın Brüsselə səfəri diasporun diqqətindən kənarda qalmayacaq və “sürprizlər” az olmayacaq”, - məqalədə vurğulanıb.

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.

.