Ermənistan Hindistandan "MRSAM" hava hücumundan müdafiə (HHM) sistemləri almaq istəyir.

Hindistanın IDRW portalı xəbər verir ki, bununla rəsmi İrəvan arsenalındakı sovet istehsalı S-125 “Peçora” sistemlərini əvəzləmək istəyir.

Məlumata görə, Hindistan tərəfi öz istehsalı "Akash" və "Akash-NG" sistemlərini təklif edib. Belə ki, Ermənistanın almaq istədiyi "MRSAM" sistemlərinin bəzi texnologiyaları İsraildən əldə olunub.

Bununla belə, portal həmin sistemlərin xarici ölkələrə satışına heç bir məhdudiyyətin qoyulmadığını xatırladıb.

.