Cənubi Koreyanın Hərbi Hava Qüvvələri (HHQ) ABŞ-a məxsus strateji bombardumançı təyyarənin iştirakı ilə təlimlər keçirib.

Bu barədə “Yonhap” mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, Seul Şimali Koreyanın təxribatlarından ehtiyat edir və ABŞ-a məxsus “B-52H” bombardumançı təyyarənin iştirakı güc nümayişi kimi şərh edilir.

O da əlavə olunub ki, təlimlərdə Cənubi Koreyaya məxsus F-15K qırıcıları və ABŞ-ın A-10 hücum təyyarələri daxil olmaqla, ümumilikdə 10 təyyarə iştirak edir.

.