Pentaqon ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti üçün bu il Tayvana səfər hazırlayır.

Bu barədə "Punchbowl News" hazırlıqda birbaşa iştirak edən rəsmiyə istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, Bayden administrasiyasının rəsmiləri Makkartinin yazda Tayvana səfər edəcəyini gözləyir.

Xatırladaq ki, Nümayəndələr Palatasının öncəki spikeri Nensi Pelosi ötən ilin avqustunda Tayvana səfər etmişdi.

.