Yaponiyanın Baş naziri Fumio Kisida Rusiyanın enerji resurslarından siyasi alət kimi istifadə etdiyini deyib.

Bu barədə NHK telekanalı bildirib.

Siyasətçi Rusiyanın enerji resurslarından asılı olan Avropanın vəziyyətini “dəhşətli” kimi səciyyələndirib:

“Avropa onilliklərdir Rusiyadan sabit və ucuz enerji təchizatından yola çıxaraq həyat və istehsal ilə məşğul idi. Bununla belə, Rusiyanın Ukraynaya hücumu Avropanın gələcəyinin mənzərəsini kökündən dəyişdi, vəziyyət dəhşətli oldu”.

O, həmçinin qeyd edib ki, Rusiya və bəzi digər ölkələr enerji resurslarından siyasi təzyiq aləti kimi istifadə edirlər. Kisida əlavə edib ki, Yaponiya da Yaxın Şərq ölkələrindən idxaldan bənzər asılı vəziyyətdədir.

Bu baxımdan o, enerjinin bütün sahələrinin, o cümlədən nüvənin inkişafının zəruriliyini qeyd edib.

.