Koreyanın avtomobil nəhəngi olan KIA 2021-ci ildə loqotipini dəyişdirəcək.

Yeni loqotip üç hərfin birləşməsindən ibarət olacaq. Onlar iki rəngdə - qara və ağ rənglərdən edilə bilər.

Konsernin baş icraçı direktoru Ho Sun Son “Automotive News” nəşrinə loqotipin ilin əvvəlində dəyişəcəyini bildirib.

Rebrendinq “Plan S” adlı qlobal planın bir hissəsi olaraq reallaşdırılacaq. Buraya markanın elektrikli və hibrid avtomobil modellərinə keçidi daxildir. Şirkət benzinlə işləyən mühərriklərdən ekoloji nəqliyyata keçmək niyyətindədir.

Konsern 2025-ci ilədək model sıralarına azı 11 elektrikli avtomobil əlavə etməyi planlaşdırır. KIA bunun üçün 25 milyard ABŞ dolları xərcləyəcək.

.