İsveçrənin İstanbuldakı Baş Konsulluğu bağlanıb.

“Cumhuriyyet” agentliyi xəbər verir ki, bu barədə Baş Konsulluq məlumat yayıb.

"Təhlükəsizlik tədbirləri səbəbi ilə İsveçrənin İstanbuldakı Baş Konsulluğu növbəti açıqlama verilənə qədər bağlı olacaq. Viza və pasport prosedurları üçün görüşlər ləğv ediləcək. Anlayışınız üçün təşəkkür edirik", – Baş Konsulluq baş verənləri şərh edib.

Xatırladaq ki, İsveçrə Baş Konsulluğundan öncə Niderland, Almaniya, Fransa, Belçika və İngiltərənin Türkiyədəki konsulluqları bağlanıb.

.