Türkiyə NATO-ya müraciəti ratifikasiya etmək üçün İsveçin qarşısında yerinə yetirilə bilməz şərtlər qoyur.

Bunu bazar günü İsveçin baş naziri Ulf Kristersson “Xalq və müdafiə” konfransında çıxışında bildirib.

“Onlar bizim verə bilmədiklərimizi və vermək istəmədiklərimizi istəyirlər. İndi qərar Türkiyənindir”, - deyə o, bəyan edib.

Xatırladaq ki, İsveç və Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edib, lakin bu proses Türkiyə tərəfindən dərhal əngəllənib. Ankara bu ölkələrin kürd təşkilatlarını terror təşkilatları elan etmələrini, terrorizmdə və ya ölkədə 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını və silah tədarükü qadağalarının ləğvini tələb edib.

İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə, İsveç və Finlandiya arasında NATO-nun baş katibi Yens Stoltenberqin vasitəçiliyilə danışıqlar aparılıb və Stokholmla Helsinkinin alyansa üzv olmasına imkan verəcək memorandum imzalanıb. İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox şəxsi ekstradisiya edəcəyinə söz verib.

.