İstefa verib-verməyəcəyimlə bağlı partiyada üzvlərimizlə birlikdə qərar verəcəyik.

Bu sözləri Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu jurnalistlərə açıqlamasında deyib.

Kılıçdaroğlu bildirib ki, qərar qəbul edildikdən sonra ictimaiyyətlə paylaşılacaq.

Qeyd edək ki, 28 may tarixində Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Bundan əlavə, daha öncə də partiyanın bir çox üzvləri K.Kılıçdaroğlunun istefası ilə bağlı çıxış edib.

.