"Türk Hava Yolları" (THY) aviaşirkəti bu gün üçün 334 saylı İstanbul-Bakı və 335 saylı Bakı-İstanbul reyslərini təxirə salıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan  verilən məlumata görə, buna səbəb İstanbulda güclü qarın yağması olub.

Növbəti günlərdə olan reyslərlə bağlı isə heç bir dəyişikliyin olmadığı bildirilir. Sərnişinlər bu gün uçmaq üçün aldıqları biletləri başqa tarixə dəyişə və yaxud geri qaytara bilərlər.

Xatırladaq ki, İstanbulda güclü qarın yağması nəticəsində hava limanları fasilələrlə işləyir.

.