Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərin 6-cı Toplantısı keçirilib.

Bu barədə TDT-nın mətbuat katibliyi məlumat yayıb.

Azərbaycanı toplantıda gənclər və idman naziri Fərid Qayıbov təmsil edib.

Qeyd edək ki, iclas Türkiyənin İznik şəhərində keçirilən IV Dünya Köçəri Oyunları çərçivəsində baş tutub.

Bundan əlavə, Toplantıda İstanbul 2023-cü il Türk Dünyasının Gənclik Paytaxtı elan edilib.

.