İsrail Xarici İşlər Nazirliyinin Rəqəmsal Diplomatiya Bürosunun direktoru David Saranqa azərbaycanlı gənc diplomatlara təlim keçib.

 İsrail diplomatı bu barədə "Twitter" hesabında paylaşım edib.

"Azərbaycan Xarici İşlər Nazirliyində çalışan gənc diplomatlarla söhbət etməkdən həzz aldım. Biz “Rəqəmsal diplomatiya”, “Böhranların idarə edilməsi” və daha bir çox mövzuları müzakirə etdik", - o bildirib.

Müzakirələr onlayn formatda baş tutub.

.