İsrail ordusu Qəzza zolağındakı qaçqın düşərgəsini bombalayıb.

Yenizaman bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində TRT-nin ərəb bürosunun bir qrup jurnalisti yaralanıb. Onlardan biri ağır yaralanıb və əməliyyata alınıb, digər əməkdaş isə hadisədən xəsarət almadan xilas ola bilib.

 

Qeyd edilib ki, jurnalistlər Qəzzada Nüseyrat düşərgəsində yayıma hazırlaşırmış.

.