İsmayıllıda "Kamaz" markalı yük avtomobili aşıb.

Hadisə İsmayıllı-Qaraməryəm- Şəki avtomobil yolunun Muğanlı ərazisinin 6-km-liyində qeydə alınıb.

"Kamaz" markalı yük maşını yolun kənarında dayanan "VAZ 2107" markalı avtomobillə dəyərək aşıb.

Yük maşınının sürücüsü yüngül bədən xəsarətləri alıb.

Fakt araşdırılır.

.