İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci km-də yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Bu barədə Yenizaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, gecə saatlarında intensiv yağıntılar nəticəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasizləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.

 

 

.