Bir vaxtlar ulduz futbolçu Ronaldu ilə eşq yaşayan tanınmış supermodel İrina Şeyk “Vogue” jurnalının rusdilli versiyasının üz qabığı üçün xüsusi foto və video çəkdirib.

Lenta.ru portalının məlumatına görə, görüntülər  jurnalın “Instagram” səhifəsində paylaşılıb.

Şəkildə 35 yaşlı supermodel yaşıl dekorasiyalar fonunda eyni rəngli “Bottega Veneta” brendinin kostyumunda əks olunub. Lakin izləyicilərin bir çoxu Şeykin yeni obrazını tənqid edərək bəyənməyib.

Qeyd edək ki, supermodelin yeni obrazının müəllifi stilist Patrik Makidir.

 

 

.