Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pəncə-Kilid” əməliyyatında bir hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilib. Məlumata əsasən, 12 may 2023-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində əsgər Məhəmməd Kiçik şəhid olub.

Açıqlamada iki terrorçunun məhv edildiyi də qeyd edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhidə rəhmət, ailəsinə və türk millətinə başsağlığı diləkləri çatdırılıb.

.