Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İran İslam Respublikasından idxal olunan bibər məhsullarından nümunələr götürülərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA-dan  verilən məlumata görə, aparılan ekspertizanın nəticələrinə əsasən, İran İslam Respublikasından ixracatçı şirkətlər “Bazargani Amanj Sahragard”a məxsus “Green Fruit-22” MMC tərəfindən idxal olunan 12428 kq bibər məhsulunda “Carbendazim”in, “Azin Pishro Azarin”a məxsus “Dry Fruits” MMC tərəfindən idxal edilən 6650 kq bibər məhsulunda “Etoxazole”un, “Rahim Moradian”a məxsus Hüseynov Şahverən Hüseynqulu tərəfindən idxal olunan 8250 kq bibər məhsulunda “Etoxazole”un, “Vahid Rezael Pour”a məxsus “Dry Fruits” MMC tərəfindən gətirilən 13165 kq bibər məhsulunda “Carbendazim”in, “Rasool Soleymanpour”a məxsus “Şaiqoğlu” MMC tərəfindən idxal olunan 6000 kq bibər məhsulunda isə “Acetamiprid”in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kq (netto) məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.

Bununla əlaqədar, Agentlik tərəfindən İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.

 

Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən (həmin tarixə qədər sertifikatlaşdırılmış məhsullar istisna olmaqla) İran İslam Respublikasında fəaliyyət göstərən “Bazargani Amanj Sahragard”, “Azin Pishro Azarin”, “Rahim Moradian”, “Vahid Rezael Pour” və “Rasool Soleymanpour” ixracatçı şirkətlərin, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən “Green Fruit-22” MMC, “Dry Fruits” MMC, Hüseynov Şahverən Hüseynqulu və “Şaiqoğlu” MMC-nin İran İslam Respublikasından Azərbaycan Respublikasına bibər məhsulunun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Respublikası ərazisinə idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.

.