İran Prezidenti İbrahim Rəisi Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

"armenpress" verdiyi xəbərə görə, görüş Tacikistanın paytaxtı Düşənbədə baş tutub.

Görüşdə ikitərəfli münasibətlər və imkanlar müzakirə olunub.

“Sizinlə görüşməyimə şadam. Baş nazir seçilməyiniz münasibətilə sizi təbrik etmək istərdim. Ümid edirəm ki, yeni vəzifə müddətində əlaqələrimiz istiqamətində müsbət addımlar atılacaq”, - deyə İran Prezidenti qeyd edib.

Ermənistanın Baş naziri və İran Prezidenti yük daşımaların fasiləsiz təşkili məsələsini də müzakirə ediblər.

.