Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

Bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

Bildirib ki, Ə.Əkbərinin İran-Britaniya ikili vətəndaşlığı olub. O, Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. Ə.Əkbəri casusluq edərək İngiltərə hökumətindən 1 milyon 805 min avro, 265 min funt-sterlinq və 50 min ABŞ dolları maaş alıb.

.